...

Azərbaycan Prezidenti Hesablama Palatasının yeni inzibati binasının açılışında iştirak edib

Siyasət Materials 21 Dekabr 2009 13:34 (UTC +04:00)
Mərasimə gələn dövlətimizin başçısını Hesablama Palatasının işçiləri və inşaatçılar hərarətlə qarşılayıblar. Prezident İlham Əliyevə məlumat verilib ki, Bakının Xəqani küçəsində inşa olunmuş Hesablama Palatasının yeni inzibati binası beş mərtəbəlidir. Yeni bina bir il altı aya tikilib.
Azərbaycan Prezidenti Hesablama Palatasının yeni inzibati binasının açılışında iştirak edib

Dekabrın 21-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Hesablama Palatasının yeni inzibati binasının açılışında iştirak edib, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Mərasimə gələn dövlətimizin başçısını Hesablama Palatasının işçiləri və inşaatçılar hərarətlə qarşılayıblar. Prezident İlham Əliyevə məlumat verilib ki, Bakının Xəqani küçəsində inşa olunmuş Hesablama Palatasının yeni inzibati binası beş mərtəbəlidir. Yeni bina bir il altı aya tikilib.

İnzibati binanın Bakı şəhərinin mərkəzində yerləşməsi, memarlıq abidələri ilə əhatə olunması onun layihəsində nəzərə alınıb. Yeni binanın inşasında həm müasirliyə riayət olunub, həm də Bakının tarixi-memarlıq ənənələri qorunub saxlanıb.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, binada yaradılmış şəraitlə tanış olub. Dövlətimizin başçısı inşaatçıları təbrik edərək, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti