...

Azərbaycanın cənub-qərbində saat 12:00-a olan məlumata görə, seçicilərin 16-18 faizi səsvermədə iştirak edib

Siyasət Materials 23 Dekabr 2009 12:48 (UTC +04:00)
93 saylı Bərdə şəhər seçici dairəsində saat 12:00-a olan məlumata görə, seçicilərin 18 faizi səs verib.
Azərbaycanın cənub-qərbində saat 12:00-a olan məlumata görə, seçicilərin 16-18 faizi səsvermədə iştirak edib

Azərbaycan, Bərdə, 23 dekabr / Trend , müxbir Ş.Cəliloğlu/

93 saylı Bərdə şəhər seçici dairəsində saat 12:00-a olan məlumata görə, seçicilərin 18 faizi səs verib.

Tərtər 95 saylı seçici dairəsində isə 7680 nəfər səs verib ki, bu da seçicilərin 17 faizini təşkil edir. Ağdamda isə 5 419 nəfər səs verib, bu da seçicilərin 16 faizini təşkil edir.

93 saylı Bərdə seçici dairəsində 50 məntəqə fəaliyyət göstərir ki, burada 4387 seçisi qeydə alınıb. Şəhər məntəqələrinin altısında veb kameralar quraşdırılıb və 511 yerli müşahidəçi seçkilərin gedişatını izləyir.

94 saylı Bərdə kənd seçici dairəsində 54 məntəqədə 5 964 nəfər seçisi qeydə alınıb. Burada 433 nəfər yerli müşahidəçi səsverməni izləyir.

Tərtər 95 saylı seçici dairəsində 39 məntəqə var və burada 37 993 seçici qeydə alınıb. Beş şəhər məntəqəsində veb kameralar quraşdırılıb. 26 bələdiyyə üzrə 236 nəfər seçiləcək

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti