...

Azərbaycanın Lənkəran rayonunda hərbçilərin 70 faizi bələdiyyə seçkilərində iştirak edib

Siyasət Materials 23 Dekabr 2009 16:17 (UTC +04:00)
Azərbaycanın Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr cənubunda) hərbçilərin 70%-i faizi bələdiyyə seçkilərində iştirak edib.
Azərbaycanın Lənkəran rayonunda hərbçilərin 70 faizi bələdiyyə seçkilərində iştirak edib

Azərbaycan, Lənkəran, 23 dekabr / Trend , muxbir P.Əliyeva/

Azərbaycanın Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr cənubunda) hərbçilərin 70%-i faizi bələdiyyə seçkilərində iştirak edib.

73 saylı Lənkəran şəhər seçki və 75 sayı Lənkəran-Masallı seçki komissiyalarından Trend -a verilən məlumata görə, müvafiq olaraq 70 % (210 seçici) və 69,6 % (320 seşici) hərbçi artıq məntəqələrə gələrək səsvermə hüquqlarından istifadə edib.

Adıçəkilən komissiyaların hər birində bir hərbi məntəqə fəaliyyət göstərir.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Xəbər lenti

Xəbər lenti