...

Azərbaycanın cənub-qərbində saat 15.00-a olan məlumata görə, seçicilərin 24-28 faizi səsvermədə iştirak edib

Siyasət Materials 23 Dekabr 2009 16:32 (UTC +04:00)
Azərbaycanın cənub-qərbində saat 15.00-a olan məlumata görə, seçicilərin 24-28 faizi səsvermədə iştirak edib.
Azərbaycanın cənub-qərbində saat 15.00-a olan məlumata görə, seçicilərin 24-28 faizi səsvermədə iştirak edib

Azərbaycan, Bərdə, 23 dekabr / Trend , müxbir Ş.Cəliloğlu/

Azərbaycanın cənub-qərbində saat 15.00-a olan məlumata görə, bələdiyyə seçkisində seçicilərin 24-28 faizi səsvermədə iştirak edib.

93 saylı Bərdə şəhər seçki dairəsində saat 15.00-a olan məlumata görə, 11499 nəfər səs verib ki, bu da seçicilərin 28 faizini təşkil edir. 93 saylı Bərdə seçici dairəsində 50 məntəqə fəaliyyət göstərir ki, burada 40387 seçisi qeydə alınıb. Şəhər məntəqələrinin altısında veb kameralar quraşdırılıb və 511 yerli müşahidəçi seçkilərin gedişatını izləyir.

94 saylı Bərdə kənd seçki dairəsində 11086 nəfər səs verib. Bu isə seçicilərin 25,5 faizi deməkdir. 94 saylı Bərdə kənd seçki dairəsində 54 məntəqədə 43474 nəfər seçisi qeydə alınıb. Burada 433 nəfər yerli müşahidəçi səsverməni izləyir.

95 saylı Tərtər seçki dairəsində 9280 nəfər təşkil edib ki, bu da əhalinin 24.4 faizini təşkil edir. Tərtər 95 saylı seçki dairəsində 39 məntəqə var və burada 37 993 seçici qeydə alınıb. Beş şəhər məntəqəsində veb kameralar quraşdırılıb. 26 bələdiyyə üzrə 236 nəfər seçiləcək.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 17.00 və 19.00-da məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti