...

Azərbaycan hakim partiyasının təşkilatçılığı ilə "Keçid dövrü başa çatdi: gələcəyə baxış" mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 24 Dekabr 2009 13:30 (UTC +04:00)
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi "Keçid dövrü başa çatdi: gələcəyə baxış" mövzusunda konfrans keçirilib.
Azərbaycan hakim partiyasının təşkilatçılığı ilə "Keçid dövrü başa çatdi: gələcəyə baxış" mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi "Keçid dövrü başa çatdi: gələcəyə baxış" mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən YAP-ın sədr müavini, icraçı katib Əli Əhmədov bildirib ki, konfrans Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatmasına dair verdiyi bəyanatla əlaqədar keçirilir.

"Bu bəyanatın 2009-cu ilin sonunda səsləndirilməsinin ciddi əsasları var. Dünyanı bürüyən maliyyə böhranı ərəfəsində bəyənatın səsləndirilməsi maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin az olmasının əsaslarını göstərir. Bu bəyanat Azərbaycan iqtisadiyyatının nə qədər etibarlı dayaqlar üstündə olduğunun göstəricisidir. İqtisadiyyata keçid dövrünün başa çatması həyatımızdakı digər sahələrdəki münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Bu mərhələnin öz vəzifələri və hədəfləri var" , - Əhmədov əlavə edib.

Tədbirdə mövzu ilə bağlı alimlər, iqtisadçılar çıxışlar ediblər.

Xəbər lenti

Xəbər lenti