...

Parlamentdə "Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub

Siyasət Materials 25 Dekabr 2009 13:16 (UTC +04:00)
Azərbaycan Parlamentində “Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Parlamentdə "Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentində "Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

"Bu qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycanın iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir", - Trend -un məlumatına görə, cümə günü Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.

Novruzovun sözlərinə görə, sülhməramlı əməliyyatların iştirakçılarının və onların ailə üzvlərinin sosial müdafiəsi təmin ediləcək.

"Azərbaycan sülhməramlı əməliyyatların iştirakçıları və onların ailə üzvləri üçün konkret olaraq əlavə sosial imtiyazlar və təminatlar, o cümlədən əmək stajı hərbi xidmət müddətinin hesablanmasının xüsusi qaydasını müəyyən edə bilər", - millət vəkili əlavə edib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 90 sülhməramlısı xidmət edir.

Xəbər lenti

Xəbər lenti