Dekabrın 24-də Türkiyənin "Samanyolu" telekanalında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş "Zirvəyə doğru" filmi nümayiş etdirilib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Siyasi portret janrında hazırlanmış filmdə Azərbaycanın dövlət başçısının bioqrafiyası, yorulmaz ictimai-siyasi fəaliyyəti maraqlı ştrixlərlə təqdim olunub.
Filmdə Prezident İlham Əliyevin uşaqlıq və gənclik dövrü, orta və ali məktəbdə təhsil aldığı illər, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı elmi və pedaqoji fəaliyyəti barədə məlumat verilir. Daha sonra filmdə Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı kimi Azərbaycan rəhbərinin Dövlət Neft Şirkətindəki fəaliyyəti, milli neft strategiyasının hazırlanıb həyata keçirilməsi istiqamətində göstərdiyi səylər xronoloji ardıcıllıqla nümayiş etdirilir.
Böyük hissəsi İlham Əliyevin prezidentlik fəaliyyətinə həsr olunmuş filmin müəllifləri iqtisadi inkişaf tempinə görə dünya dövlətləri arasında Azərbaycanın xüsusi yer tutmasını dövlətimizin başçısının uğurlu siyasətinin, həyata keçirdiyi məqsədyönlü islahatların bəhrəsi olduğunu konkret faktlarla əsaslandırıblar.
Azərbaycan Prezidentinə həsr olunmuş "Zirvəyə doğru" filmi nümayiş etdirilib
Dekabrın 24-də Türkiyənin "Samanyolu" telekanalında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş "Zirvəyə doğru" filmi nümayiş etdirilib.
