...

Gürcüstan Prezidenti İmereti qubernatorunu təyin edib

Siyasət Materials 29 Dekabr 2009 20:48 (UTC +04:00)
Gürcüstan prezidenti Laşu Makasariyanı İmereti regionun qubernatoru təyin edib
Gürcüstan Prezidenti İmereti qubernatorunu təyin edib

Gürcüstan, Tbilisi, 29 dekabr / Trend , müxbir N.Kirsxaliay/

Gürcüstan prezidenti Laşa Makasariyanı İmereti regionun qubernatoru təyin edib. Bu haqda Mixail Saakaşvili bu gün İmereti regionundan olan deputatlarla görüşü zamanı deyib.

Makasariya bu vaxtadək prezident administrasiyasının rəhbərinin müavini vəzifəsini icra edirdi.

Prezident bildirib ki, yerli hakimiyyətin səhlənkarlığı üzündən Azadlıq memorialının sökülməsi və partladılması zamanı baş verən faciədən sonra keçmiş qubernator Mixail Çoqovadzeni işdən çıxarmağa məcbur olub.

Həmçinin bu faciə zamanı gənc qadın və onun 8 yaşlı qızının da həlak olduğu bildirilib.

"Yerli hakimiyyət memorialın sadə sökülməsi prosesini təmin edə bilmədi və bu da faciyəyə səbəb oldu", - Saakaşvili deyib. Prezident vurğulayıb ki, islahatlar həyata keçirmək və çevik siyasət aparmaq üçün regiona "yeni qan" lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti