...

Millət vəkili Azərbaycan Prezidentinin fərmanını Yeni il bayramı münasibətilə xalqa hədiyyə kimi qiymətləndirir

Siyasət Materials 30 Dekabr 2009 11:31 (UTC +04:00)
"Bu fərman yüksək qiymətləndirilməlidir. Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının maliyyə tutumu böyük rəqəmdir. Bu borcların bağışlanması əhali üçün ən böyük bayram hədiyyəsidir", - Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli Trend News-a bildirib.
Millət vəkili Azərbaycan Prezidentinin fərmanını Yeni il bayramı münasibətilə xalqa hədiyyə kimi qiymətləndirir

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Millət vəkili Azərbaycan Prezidentinin əhalinin təbii qazdan istifadə üzrə borclardan azad edilməsi haqqında fərmanını Yeni il bayramı münasibətilə xalqa hədiyyə kimi qiymətləndirir.

"Bu fərman yüksək qiymətləndirilməlidir. Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının maliyyə tutumu böyük rəqəmdir. Bu borcların bağışlanması əhali üçün ən böyük bayram hədiyyəsidir", - Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli Trend -a bildirib.

Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borclarının silinməsi barədə fərman imzalayıb.

Əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat veriləcək.

Rəcəblinin sözlərinə görə, prezidentin bu fərmanı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərdən biridir.

"Çox vaxt əhali sosial müdafiənin səviyyəsini əməkhaqlarının, təqaüdlərin artım səviyyəsi ilə ölçür. Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi sosial müdafiənin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm addımdır", - deyə komitə sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti