...

Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olub

Siyasət Materials 25 Yanvar 2010 15:26 (UTC +04:00)
Yanvarın 25-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olub.
Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü olub

Yanvarın 25-də Soçidə, "Grand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Sonra görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə davam edib.
 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti