...

Azərbaycan Prezidentinin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb

Siyasət Materials 26 Yanvar 2010 02:16 (UTC +04:00)
Yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidentinin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb

Yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan dövlətinin başçısını Soçinin "Adler" Beynəlxalq hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Dövlət başçısı həmin gün axşam Bakıya qayıtmışdır.

Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Xəbər lenti

Xəbər lenti