...

NATO Gürcüstanın 2010-cu il üzrə ilkin fəaliyyət planını bəyənib

Siyasət Materials 27 Yanvar 2010 16:30 (UTC +04:00)
Gürcüstan nümayəndə heyəti 2010-cu il üzrə illik fəaliyyət planını NATO-nun müzakirəsinə təqdim edib. Bu barədə Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Ylena Xoştariya Trend News-a bildirib.
NATO Gürcüstanın 2010-cu il üzrə ilkin fəaliyyət planını bəyənib

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan nümayəndə heyəti 2010-cu il üzrə illik fəaliyyət planını NATO-nun müzakirəsinə təqdim edib. Bu barədə Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Ylena Xoştariya Trend -a bildirib.

Komitə təqdim edilmiş sənədi müsbət qiymətləndirib. İrad və tövsiyələr nəzərə alınmaqla, 2010-cu ildə NATO ilə əməkdaşlıq üzrə illik fəaliyyət planı hazırlanacaq.

Plan bazar günü təsdiq edilməsi üçün NATO-da inteqrasiya üzrə dövlət komisiyasına təqdim ediləcək.

NATO-Gürcüstan komissiyasının iclası NATO-nın Brüsseldəki mənzil qərargahında alyansa akreditə olunmuş səfirliklərin siyasi katibləri səviyyəsində baş tutub.

Həmçinin, NATO-Gürcüstan komissiyasının 2010-cu il üzrə iş qrafiki, həmçinin müzakirələrin mövzuları və onların baxılma səviyyəsi razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti