...

Prezident İlham Əliyev əvvəl imzalanmış sərəncamda dəyişikliklər edib

Siyasət Materials 29 Yanvar 2010 03:10 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Baş Prokurorluğu strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev əvvəl imzalanmış sərəncamda dəyişikliklər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Baş Prokurorluğu strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu"nda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 428; 2004-cü il, №1, maddə 19, №12, maddə 1061; 2006-cı il, №9, maddə 809; 2008-ci il, №3, maddə 200; 2009-cu il, №10, maddə 791) aşağıdakı dəyişikliklər edilsin:
12 və 13-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
"12. Hüquqi təminat və informasiya idarəsi
13. Elm-Tədris Mərkəzi (idarə səlahiyyətli)".
2. 15-ci bənd çıxarılsın.", - sərəncamda deyilir.

Xəbər lenti

Xəbər lenti