...

İranın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

Siyasət Materials 29 Yanvar 2010 16:16 (UTC +04:00)
İranın xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi Azərbaycana səfər edəcək. Bunu Trend News-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyininin mətbuat katibi Abbas İsgəndəri deyib.
İranın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir T.Cəfərov/

İranın xarici işlər nazirinin xaricdə yaşayan iranlılarla iş və konsulluq məsələləri üzrə müavini Həsən Qəşqavi Azərbaycana səfər edəcək. Bunu Trend -a İran İslam Respublikasının Azərbaycandakı səfirliyininin mətbuat katibi Abbas İsgəndəri deyib.

İsgəndəri əlavə edib ki, Qəşqavi fevralın 1-də İran İslam İnqilabının 31-ci il dönümü ilə bağlı İranda bayram tədbirlərinin başlanması münasibətilə Bakıda İran səfirliyinin 2-ci binasının açılış mərasimində iştirak edəcək.

Tədbirdə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami də iştirak edəcək.

İran fevralın 1-dən Azərbaycanla viza rejiminin ləğv olunması barədə qərar verib.

Xəbər lenti

Xəbər lenti