...

Azərbaycan və Oman əməkdaşlığın hüquqi-normativ bazasını genişləndirir

Siyasət Materials 2 Fevral 2010 15:16 (UTC +04:00)
Bu haqda razılıq çərşənbə axşamı Bakıda iki ölkənin XİN-nin rəhbərləri Elmar Məmmədyarov və Yusuf bin Alivi bin Abdullanın Bakıda keçirilən görüşü zamanı əldə olunub. Azərbaycan Xariciİşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Azərbaycan və Oman əməkdaşlığın hüquqi-normativ bazasını genişləndirir

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir S.Ağayeva/

Azərbaycan və Oman əməkdaşlığın hüquq-müqavilə bazasını genişləndirir.

Bu haqda razılıq çərşənbə axşamı Bakıda iki ölkənin XİN-nin rəhbərləri Elmar Məmmədyarov və Yusuf bin Alivi bin Abdullanın Bakıda keçirilən görüşü zamanı əldə olunub. Azərbaycan Xariciİşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycanın XİN-nin rəhbəri Bakıda rəsmi səfərdə olan omanlı həmkarını qəbul edib. O ikitərəfli əlaqələrin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.

Nazir Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycana beynəlxalq arenada göstərdiyi dəstəyə görə Oman rəhbərliyinə təşəkkür edib. Oman XİN-nin rəhbəri iki ölkənin siyasi əlaqələrindən məmnun olduğunu deyib və əlaqələrin iqtisadi, mədəni və digər sahələrdə də inkişafının vacibliyini vurğulayıb.

Tərəflər iki ölkənin mədəni əlaqələrinin genişlənməsi üçün birgə mədəniyyət günlərinin keçirilməsinin vacibliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti