...

ABŞ heç vaxt Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımayacaq – Gürcüstan XİN

Siyasət Materials 2 Fevral 2010 19:25 (UTC +04:00)
ABŞ heç bir zaman Gürcüstanın işğal edilmiş ərazilərini müstəqil dövlət kimi tanımayacaq. Bu barədə çərşənbə axşamı hökumət iclasından sonra Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze jurnalistlərə bildirib.
ABŞ heç vaxt Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımayacaq – Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 02 fevral / Trend , müxbir N.Kirsxaliya/

ABŞ heç bir zaman Gürcüstanın işğal edilmiş ərazilərini müstəqil dövlət kimi tanımayacaq. Bu barədə çərşənbə axşamı hökumət iclasından sonra Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze jurnalistlərə bildirib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon əvvəlcə bildirmişdi ki, ABŞ öz müstəqilliyini elan edən Gürcüstan regionları - Cənubi Osetiya və Abxaziyanı tanımamaq siyasətini davam etdirəcək.

Vaşadze qeyd edib ki, Qordonun bəyanatı ABŞ-ın dövlət katibi Hillari Klintonun Gürcüstanla bağlı Parisdə müəyyən etdiyi siyasətin davamıdır. "O, Rusiyaya göstərdi ki, nüvə silahının yayılmaması məsələlərində əməkdaşlığa baxmayaraq, Gürcüstan ticarət mövzusu olmayacaq", - Vaşadze bildirib.

Nazir qeyd edib ki, Rusiyanın bütün cəhdlərinə baxmayaraq, Abxaziya və Cənubi Osetiyanın tanınması üzrə müvəffəqiyyət böyük deyil.

Xəbər lenti

Xəbər lenti