Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda bir qrup şəxsi aldadan Türkiyə vətəndaşının barəsində cinayət işi başlayıb.
Nizami rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, Türkiyə Respublikasının vətəndaşı Serin Mehmet İntizar adlı qadınla birlikdə işə düzlətmək adı ilə Bakı şəhər sakinləri - Vüsal Rzaquliyevin 150 manat, Ləliş Həşimovun 150 manat, Fərid Əliyevin 50 manat, Eynur Məmmədkərimovun 220 manat, İslam Həsənovun 150 manat, Elçin Abbasovun 150 manat, Azər İsmayılovun 250 manat, Zümrüd İslamovanın 400 manat, Rauf Xəlilovun 150 manatını alaraq mənimsəyiblər.
Hazırda Serin Mehmetlə birlikdə pulları mənimsəyən qadının kimliyi araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq (178.2) maddəsi ilə cinayət işi başlayıb.