...

Bakıda Sloveniya-Azərbaycan biznes mərkəzi açılacaq - Sloveniya konsulu

Siyasət Materials 10 Fevral 2010 14:19 (UTC +04:00)
Bakıda Sloveniya-Azərbaycan biznes mərkəzi açılacaq. Mərkəzin açılmasında məqsəd iki ölkənin işgüzar şəxslərinin birbaşa əlaqəsinin genişlənməsi, təcrübə və məlumat mübadiləsidir. Bu barədə Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar çərşənbə günü Trend News-a bildirib.
Bakıda Sloveniya-Azərbaycan biznes mərkəzi açılacaq - Sloveniya konsulu

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir S.Ağayev/

Bakıda Sloveniya-Azərbaycan biznes mərkəzi açılacaq. Mərkəzin açılmasında məqsəd iki ölkənin işgüzar şəxslərinin birbaşa əlaqəsinin genişlənməsi, təcrübə və məlumat mübadiləsidir. Bu barədə Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar çərşənbə günü Trend -a bildirib.

Belə mərkəzin yaradılması təşəbbüsü ilə Sloveniya Prezidenti Danila Turk ötən ilin noyabr ayında Azərbaycana rəsmi səfəri zamanı çıxış edib və bu təşəbbüs Azərbaycan tərəfindən dəstəklənib.

Mərkəzin açılması aprelin əvvəllərinə planlaşdırılır.

Azərbaycanla Sloveniya arasında 2009-cu ilin yanvar-noyabr aylarında əmtə dövriyyəsi 28,1 milyon dollar təşkil edib.

İki ölkəin sahibkarları informasiya kominikasiya texnologiyaları (ikt), maşınqayırma və sənaye, tikinti, ticarət, xidmət və turizim, maliyyə və konsaltinq, həmçinin başqa sahələrdə əməkdaşlıq edirlər.

Xəbər lenti

Xəbər lenti