...

İsrailin Azərbaycanla əməkdaşlığı yaxşı nümunə ola bilər - xarici işlər naziri Liberman

Siyasət Materials 10 Fevral 2010 19:27 (UTC +04:00)
İsrail və Azərbaycan arasındakı əməkdaşlıq dialoqu necə aparmaq və hətta hər şey barədə razılaşmadan bir-birinə hörmət göstərməklə digər ölkələr üçün əməkdaşlıq modeli ola bilər. Bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib.
İsrailin Azərbaycanla əməkdaşlığı yaxşı nümunə ola bilər - xarici işlər naziri Liberman

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir Ü.Sadıxova/

İsrail və Azərbaycan arasındakı əməkdaşlıq dialoqu necə aparmaq və hətta hər şey barədə razılaşmadan bir-birinə hörmət göstərməklə digər ölkələr üçün əməkdaşlıq modeli ola bilər. Bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman deyib.

"Mən Azərbaycan və İsrailin gələcək əlaqələrinə inanıram", - Liberman Azərbaycanın Yəhudi Cəmiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Liberman nazir kimi Bakıda ilk dəfə rəsmi səfərdədir. Səfər 3 gün davam edəcək.

İsrailli nazir səfər zamanı Azərbaycan Prezidneti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Libermanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Milli Məclisin spikeri Oqtay Əsədovla danışıqlar aparması planlaşdırılır.

Liberman İsrailin Azərbaycanın ərazi bütövlüyünə sadiq qaldığını bildirərək deyib ki, regiondakı bütün siyasi mübahisələr beynəlxalq razılıq çərçivəsində həll edilməlidir.

Liberman Azərbaycanın Yəhudi Cəmiyyətinin üzlərinin sayının artmasından da məmnun olduğunu ifadə edib.

"Biz İlham Əliyevin siyasət modelinə hörmət edirik: tarixi ənənə və mədəni irslərin müasir dünyanın dəyərləri - səbrlilik, konfessiyalararası tolerantlıq, - Liberman deyib. - Bu model təqlidəlayiqdir və biz ümid edirik ki, bütün region üzrə yayılacaq".

İsrailin XİN-in rəhbəri son dəfə 2 il yarım əvvəl Bakıda olub. O, Bakıya son gəlişindən sonrakı vaxtı iki ölkə arasındakı əlaqələrin inkişafında çox məhsuldar dövr kimi qiymətləndirib.

"Bu dövr ərzində iki ölkənin əlaqələrində çox işlər görülüb, - o deyib. - İnfrastruktur, yüksək texnologiya sahəsində ticari-iqtisadi əməkdaşlıq artıb".

"Tezliklə Azərbaycandan olan böyük biznes-nümayəndə heyəti İsraildə olacaq", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti