...

Prezident İlham Əliyev Kanadanın, Malinın və Serbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib

Siyasət Materials 11 Fevral 2010 01:53 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Kanadanın, Malinın və Serbiyanın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərin etimadnamələrini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev Kanadanın, Malinın və Serbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Kanadanın, Malinın və Serbiyanın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərin etimadnamələrini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Kanadanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Beyli etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Mark Beyli Kanadanın general-qubernatoru xanım Mişel Janın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan ilə Kanada arasında ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı. Ölkələrimizin bir-birinin imkanları ilə yaxından tanış olmaları üçün müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Azərbaycanın indiki inkişaf mərhələsində həyata keçirilən müxtəlif layihələrdə Kanadadan olan şirkətlərin də uğurla iştirak edə biləcəyini vurğulayan dövlətimizin başçısı səfir Mark Beylinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu istiqamətdə əlaqələrimizin genişlənəcəyinə əminliyini bildirdi.

Kanadanın respublikamızda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Beyli ölkəsi ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi işində bütün səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Kanadanın general-qubernatoru xanım Mişel Janın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını general-qubernatora çatdırmağı xahiş etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin etimadnaməsini qəbul etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf edəcəyinə əminliyini bildirdi və diplomata ölkəmizdəki səfirlik fəaliyyətində uğurlar arzuladı.

Səfir Brahima Kulibali qeyd etdi ki, onun ölkəmizdəki diplomatik fəaliyyətinin əsas məramı iki ölkə arasında mövcud münasibətlərin inkişaf etdirilməsindən ibarət olacaqdır. Səfir bu istiqamətdə bütün səylərini əsirgəməyəcəyini dedi.

Bundan əlavə Prezident İlham Əliyev fevralın 10-da Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Curgusun etimadnaməsini qəbul etmişdir.

İlham Əliyev səfirlə söhbət etdi. Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə dinamik inkişafından məmnunluq ifadə edildi, Azərbaycanın Serbiyada səfirliyinin açılması barədə qərarının önəmi vurğulandı və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.

Xəbər lenti

Xəbər lenti