Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Ağstafa rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Babaxan Sadıxov Dağıstan Respublikasında tutulub.
O, 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 145-ci maddəsi (Quldurluq) ilə axtarışda olub.
Sadıxovun Azərbaycana ekstradisiya olunması üçün tədbirlər görülür.