...

BMT Qazaxıstanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə məruzəsinə baxacaq

Siyasət Materials 13 Fevral 2010 17:52 (UTC +04:00)
Qazaxıstan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında qanunverici, məhkəmə, inzibati və digər tədbirlərin qəbul edilməsinə dair birləşmiş dördüncü və beşinci dövri məruzəsini fevralın 26-da və martın 1-də BMT-yə təqdim edəcək.
BMT Qazaxıstanın irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə məruzəsinə baxacaq

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir Y.Ostapenko/

Qazaxıstan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında qanunverici, məhkəmə, inzibati və digər tədbirlərin qəbul edilməsinə dair birləşmiş dördüncü və beşinci dövri məruzəsini fevralın 26-da və martın 1-də BMT-yə təqdim edəcək.

BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin növbəti sessiyası fevralın 15-dən martın 12-nə kimi Cenevrədə keçiriləcək. Gündəlikdə həmçinin Argentina, Kamboca, Kamerun, Qvatemala, İslandiya, Yaponiya, Monako, Niderland, Panama və Slovakiyanın məruzələrinə baxılacaq.

Komitə on səkkiz ekspertdən ibarətdir və irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq konvensiyanın yerinə yetirilməsinə nəzarət üçün yaradılıb. Konvensiya 1965-ci ildə Baş Assambleya tərəfindən qəbul edilib və 1969-cu ildə qüvvəyə minib. Komitənin üzvləri 173 dövlətdən ibarətdir. Komitənin üzv dövlətləri həmin beynəlxalq-hüquqi sənədin yerinə yetirilmsəi haqqında mütəmadi olaraq komitə qarşısında məruzə edir.

Konvensiya bildirir ki, bütün insanlar qanun qarşısında bərabərdir və diskriminasiyadan müdafiədə eyni hüquqlara malikdir.

Sənəd dövlətləri irqlər arası qarşılıqlı anlaşmaya yardım etmək və sepreqasiya və diskriminasiyanın bütün formalarından azad beynəlxalq cəmiyyət yaratmaq məqsədilə irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üçün bütün tədbirləin görülməsinə və aradan qaldırılmasına çağırır.

Xəbər lenti

Xəbər lenti