...

Azərbaycan Prezidenti Litvanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

Siyasət Materials 15 Fevral 2010 18:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin milli bayramı münasibətilə Litvanın dövlət başçısına təbrik məktubu ünvanlayıb. Bu barədə AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti Litvanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin milli bayramı münasibətilə Litvanın dövlət başçısına təbrik məktubu ünvanlayıb. Bu barədə AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Ölkənizin milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Litva münasibətləri son illərdə dinamik inkişaf yolu keçərək istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə birgə işimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına əmin-amanlıq və firavanlıq arzulayıram", - təbrikdə deyilib.

Xəbər lenti

Xəbər lenti