...

Xocalı soyqırımının ildönümü xarici ölkələrdə qeyd ediləcək - Azərbaycanın XİN

Siyasət Materials 16 Fevral 2010 14:45 (UTC +04:00)
Xocalı soyqırımının 18-ci ildönümü bütün xarici ölkələrdə Azərbaycanın fəaliyyətdə olan diplomatik missiyaları və diaspora təşkilatları tərəfindən qeyd ediləcək.
Xocalı soyqırımının ildönümü xarici ölkələrdə qeyd ediləcək - Azərbaycanın XİN

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir S.Ağayeva/

Xocalı soyqırımının 18-ci ildönümü bütün xarici ölkələrdə Azərbaycanın fəaliyyətdə olan diplomatik missiyaları və diaspora təşkilatları tərəfindən qeyd ediləcək.

"Artıq bir neçə ildir ki, Xocalı faciəsi haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması üzrə tədbirlər həyata keçirilir və hər il bu işlərin səmərəliliyi artır, bu faciənin əks etdirilməsi üçün çoxlu materiallar ortaya çıxır. Bu həftənin sonundan etibarən bütün dünya ölkələrində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçiriləcək.Onlar xarici ölkələrdə akreditə olunmuş Azərbaycan səfirlikləri tərəfindən, həmçinin bizim diaspora təşkilatlarımız tərəfindən təşkil olunacaq", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov jurnalistlərə bildirib.

Poluxovun sözlərinə əsasən, Azərbaycan XİN materiallar hazırlayır, ölkənin diplomatik missiyaları bu məsələni dünyanın elmi mərkəzlərində müntəzəm olaraq qaldırır, onları Xocalı hadisələrinin araşdırılması və öyrənilməsinə cəlb etməyə çalışırlar.

Dünyada Xocalı faciəsinin tanınması məsələsinə dair suala cavab verərkən Poluxov bildirib ki, bu məsələ ölkə parlamentinin səriştəsindən irəli gəlir. "Əgər faciə Azərbaycanda soyqırım kimi tanınırsa və hüquqi qiymət alırsa, sözsüz ki, ölkənin XİN öz ölkəsində bütün lazimi addımları həyata keçirəcək", - o bildirib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq vaxt ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti