Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları and içiblər.
Dövlət Miqrasiya Xidmətinin internet saytının yaydığı məlumata görə, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə uyğun olaraq, Xidmət əməkdaşlarının ilk andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimi Azərbaycan Respublikasının dövlət bayrağının Xidmətin Heydər Əliyev Muzeyinə gətirilməsi ilə başlanıb.
Xidmət əməkdaşları dövlət bayrağı önündə Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiya və digər qanunlara ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içiblər.