...

Mərkəzi Asiyadakı birləşmiş enerji sistemi Tacikistan üçün sərfəlidir – ekspert Leonid Qusev

Siyasət Materials 17 Fevral 2010 11:04 (UTC +04:00)
Tacikistan, Qazaxıstan və Qırğızıstanın birləşmiş enerji sistemi Düşənbə üçün faydalı ola bilər. Mərkəzi Asiya üzrə rusiyalı ekspert Leonid Qusev belə hesab edir.
Mərkəzi Asiyadakı birləşmiş enerji sistemi Tacikistan üçün sərfəlidir – ekspert Leonid Qusev

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir V.Javoronkova/

Tacikistan, Qazaxıstan və Qırğızıstanın birləşmiş enerji sistemi Düşənbə üçün faydalı ola bilər. Mərkəzi Asiya üzrə rusiyalı ekspert Leonid Qusev belə hesab edir.

Qazaxıstan, Qırğızıstan və Tacikistan öz energi sistemlərinin birləşmə imkanlarını nəzərdən keçirir. Bu barədə Qazaxıstanın Tacikistandakı səfiri Əbutalib Əhmədov ötən həftənin sonu Düşənbədə mətbuat konfransında deyib.

O ümidini bildirib ki, Mərkəzi Asiyanın işləməyən Birləşmiş enerji sistemi müvəqqəti məsələdir.

"Yeni Mərkəzi Asiya enerji sisteminin yaradılması barədə deyə bilərəm ki, bu Tacikistana sərfəlidir", - XİN MDBMİ-nin böyük elmi işçisi Leonid Qusev elektron poçt vasitəsilə Trend -a deyib.

Onun fikrincə, Qırğızıstanın Oş şəhərindən Tacikistanın Xucanda şəhərinədək elektrik ötürücü xətti Tacikistanı Özbəkistandan az asılı olmağa imkan verir, iki ölkə arasında münasibətlər gərgindir.

"Sərhədlər bu vaxta qədər minalanıb və hər il Tacikistanın Özbəkistandan aldığı 100 faiz qazın qiyməti çətinliklə razılaşdırılır", - Qusev deyib.

Ekspertin hesab edir ki, bu, Özbəkistana Tacikistana təsir imkanı verir. Həmçinin, onun fikrincə, qeyd etmək lazımdır ki, Tacikistan artıq bir neçə ildir ki, Özbəkistandan asılılığını azaltmağa çalışır.

Belə ki, 2006-cı ildən 2009-cu ilədək Tacikistanda iki EÖX: EÖX-100 və EÖX-500 tikilib, həm də onu nəzərə almaq lazımdır ki, onlar Çinin köməyi ilə inşa edilib və ölkəni ÇXR-in elektrik enerjisi sistemləri ilə əlaqələndirib.

"Bununla da Tacikistan öz elektrik enerjisi sistemlərinin vəziyyətini yaxşılaşdırmağa çalışır və bunun üçün bütün imkanlar yaradır", - o deyib.

Tacikistanın elektrik enerjisinin hazırkı vəziyyətindən danışaraq Qusev deyib ki, qeyd etmək lazımdır ki, ölkə ərazisində Mərkəzi Asiyanın birlikdə təxminən 22 faiz ehtiyat kömür potensialı var. Onun sözlərinə görə, ölkənin mühüm kömür resursları ekstremal təbii şəraitdə yerləşib.

Aşkar olunmuş yataqlar müxtəlif mühüm keyfiyyət göstəriciləri və onların sənaye yolu ilə mənimsənilməsinin məhdud imkanları ilə səciyyələndirilir, tapılmış neft və qaz resursları isə məişət və kommunal tələbatı ödəmək üçün kifayət deyil. Qusev belə hesab edir.

Onun sözlərinə görə, təbii enerji resurslarının tərkibində əsas yeri hidroenerji tutur ki, bu da ölkənin bütün enerji resurslarının 80 faizini təşkil edir.

İqtisadi cəhətdən səmərəli hidroenerji resursları 85 milyard kVt/s təşkil edir ki, bu da bütün potensial hidroenerji resurslarının 30 faizini təşkil edir, hazırda iqtisadi cəhətdən səmərəli hidroenerji resurslarının ancaq 18 faizi istifadə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti