...

İlham Əliyev Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 24 Fevral 2010 03:58 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
İlham Əliyev Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"2010-cu ilin noyabr ayında ölkəmizin qocaman ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət Neft Akademiyasının yaradılmasının 90 illiyi tamam olur.
Fəaliyyətə başladığı vaxtdan etibarən ötən müddət ərzində Azərbaycan Dövlət Neft Akademiyası respublikamızda və onun hüdudlarından kənarda neft, qaz və neft-kimya sənayesi üçün yüksək ixtisaslı mühəndis kadrları hazırlayan ali təhsil ocağına və elmi tədqiqatlar mərkəzinə çevrilmişdir", - sərəncamda deyilir.

Ölkədə neft sənayesi ilə bağlı sahələrin mütəxəssislərlə təminatı istiqamətində xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə yubileyə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti