...

Konqresdə müzakirəyə çıxarılacaq uydurma "erməni soyqırımı" haqqında qətnamə ABŞ-ın maraqlarına ziddir – Azərbaycan Parlamentinin komitə sədri

Siyasət Materials 24 Fevral 2010 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral, / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri hesab edir ki, ABŞ Konqresində uydurma "erməni soyqırımı" ilə bağlı qətnamənin müzakirəyə çıxarılması bu ölkənin maraqlarına daha çox zidd olacaq.

"Bu bölgədə ABŞ-ın əsas müttəfiqi Türkiyədir. Uydurma "erməni soyqırımı" haqqında 252 saylı qətnamənin qəbul edilməsi ABŞ-ın Türkiyə və Azərbaycanla münasibətlərinə ciddi zərbə vura bilər", - Trend -un məlumatına görə, çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

Trend -un arayışı: Erməni soyqırımı iddiası - Birinci Dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin kütləvi şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirir.

Seyidovun sözlərinə görə, həmin sənədin erməni lobbisinin təsiri altında müzakirəyə çıxarılacağı məlumdur. "Lakin Türkiyə ilə münasibətlərin ABŞ üçün nə qədər vacib olması konqresmenlərə də məlumdur. Buna görə də inanmaq istərdik ki, ABŞ Konqresi həmin sənədi qəbul etməyəcək", - komitə sədri vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti