Gürcüstan, Tbilisi, 1 mart / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bu gün Gürcüstandakı İsveçin rəsmi nümayəndəsi Fredrik Lodkvistom ilə görüşüb. XİN-nin informasiya və mətbuat departamentindən Trend -a verilən məlumata görə, görüşdə yaxın zamanlarda Tbilisidə İsveç səfirliyinin açılması məsələsi müzakirə edilib.
Gürcüstan tərəfi İsveç hökumətinə Gürcüstan üçün yeni texniki yardım strategiyasının hazırlanmasına görə təşəkkür edib.
Görüşdə tərəflər Aİ və Gürcüstan əməkdaşlığı məsələsini müzakirə edib. Əsas diqqət Gürcüstan və Aİ arasında viza rejiminin aradan qaldırılması və assosiasiya yaradılmasına aid məsələlərə ayrılıb.
Tərəflər sıx əməkdaşlığın gələcəkdə də davam etdirilməsinə hazır olduqlarını bildiriblər.