...

Azərbaycanın xarici işlər naziri Niderlandın Xarici İşlər Nazirliyinin baş katibini qəbul edib

Siyasət Materials 3 Mart 2010 18:25 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburqu qəbul edib.
Azərbaycanın xarici işlər naziri Niderlandın Xarici İşlər Nazirliyinin baş katibini qəbul edib

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburqu qəbul edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Azərbaycanda olmasından məmnunluğunu bildirən Kronenburq Niderland-Azərbaycan münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib, Niderlandın ölkəmizdə səfirlik açdığını və bu amilin iki ölkə arasındakı əlaqələrin daha da intensivləşməsinə təkan verəcəyini qeyd edib.

Qonağı salamlayan nazir Azərbaycanın Avropa Birliyi çərçivəsində Niderlandla sıx əməkdaşlıq etdiyini və iki ölkə arasında iqtisadi, ekoloji, təhsil, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti