...

ABŞ Azərbaycan və Türkiyə kimi müttəfiqlərini itirmək istəməz – spiker Oqtay Əsədov

Siyasət Materials 5 Mart 2010 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin sədri hesab edir ki, ABŞ Konqresi Xarici əlaqələr komitəsinin qərarına baxmayaraq, ABŞ Prezidenti müdriklik nümayiş etdirərək "erməni soyqırımı" ilə bağlı qərarın qəbul olunacağına imkan verməyəcək.

"Konqresdə "erməni soyqırımı"l ilə bağlı qərarın erməni lobbisinin təzyiqləri hesabına qəbul olunduğu şübhəsizdir. Amma fikrimcə, 2007-ci ildə olduğu kimi, yenə də Barak Obama və Dövlət Departamenti "erməni soyqırımı" ilə bağlı növbəti addımların atılmasına imkan verməyəcək", - spiker Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

Əsədovun fikrincə, "erməni soyqırımı" ilə bağlı Türkiyənin əleyhinə yönələcək digər addımların atılmasının qarşısının alınması üçün Türkiyə və Azərbaycan deputatları birgə çalışmalıdırlar.

"Çünki Türkiyəyə təzyiq həm də Azərbaycana qarşı yönəlib. Bunu nəzərə alaraq hər iki ölkənin parlament üzvləri ABŞ konqresmenləri ilə əlaqələri möhkəmləndirməlidirlər", - sədr vurğulayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs "lehinə", 22 səs "əleyhinə" olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Xəbər lenti

Xəbər lenti