...

İlham Əliyevin ailə üzvlərinin hər hansı mülkə sahib olmaq hüququ var - Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 6 Mart 2010 12:18 (UTC +04:00)
Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Vaşinqton Post" qəzetinin 5 mart 2010-cu il tarixli yazısındakı məlumatı şərh edərkən mətbuata açıqlamasında bildirib ki, heç bir qanun Prezidentin ailə üzvlərinə, onun həddi-büluğa çatmış uşaqlarına və yaxınlarına hər hansı bizneslə, yaxud kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan etmir.
İlham Əliyevin ailə üzvlərinin hər hansı mülkə sahib olmaq hüququ var - Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Vaşinqton Post" qəzetinin 5 mart 2010-cu il tarixli yazısındakı məlumatı şərh edərkən mətbuata açıqlamasında bildirib ki, heç bir qanun Prezidentin ailə üzvlərinə, onun həddi-büluğa çatmış uşaqlarına və yaxınlarına hər hansı bizneslə, yaxud kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan etmir.

"Bütün Azərbaycan vətəndaşları kimi, onun da ailə üzvlərinin və yaxınlarının hər hansı mülkə sahib olmalarında qeyri-adi heç nə yoxdur. Bir faktı da nəzərə almaq lazımdır ki, cənab Prezidentin qızlarından biri kifayət qədər maddi imkanlı ailənin gəlinidir", - Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti