...

Azərbaycanın XİN rəhbəri Asiyada qarşılıqlı əlaqələr və etimad yaratma tədbirlərinə dair konfransın icraçı direktorunu qəbul edib

Siyasət Materials 9 Mart 2010 19:07 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Asiyada qarşılıqlı əlaqələr və etimad yaratma tədbirlərinə dair konfransın (Conference on interaction and confidence building measures in Asia - CICA) icraçı direktoru, səfir Dulat Bakişevi qəbul edib.
Azərbaycanın XİN rəhbəri Asiyada qarşılıqlı əlaqələr və etimad yaratma tədbirlərinə dair konfransın icraçı direktorunu qəbul edib

Azərbaycan, Bakı, 9 mart / Trend /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Asiyada qarşılıqlı əlaqələr və etimad yaratma tədbirlərinə dair konfransın (Conference on interaction and confidence building measures in Asia - CICA) icraçı direktoru, səfir Dulat Bakişevi qəbul edib.

Azərbaycanın təşkilatın yaranmasında böyük rol oynadığını və bugünkü fəaliyyətinə mühüm töhfə verdiyini deyən səfir Bakişev, təşkilatın fəaliyyəti və perspektiv planları barədə ətraflı məlumat verib.

Öz növbəsində nazir Məmmədyarov CICA-nın Asiya regionunda qarşılıqlı etimad və əlaqələrin intensivləşməsi sahəsində gördüyü işləri yüksək qiymətləndirərək, bu xüsusda səylərin artırılmasının vacibliyini vurğulayıb, habelə Azərbaycanın bu qurumla əməkdaşlığı məsələlərinə toxunub.

Sonra tərəflər qarşılıqlı maraq doğuran regional və bir sıra digər məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbər lenti

Xəbər lenti