Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji baxımdan mühüm ölkədir - Litva səfiri Kyastutis Kudzmanas (MÜSAHİBƏ)

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji baxımdan mühüm ölkədir - Litva səfiri Kyastutis Kudzmanas (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir S.Ağayeva/

11 mart 1990-cı il Litvanın müstəqilliyinin bərpası günü ərəfəsində Trend -un Litva Respublikasının Azərbaycandakı səfiri Kyastutis Kudzmanas ilə müsahibəsi

- Azərbaycanla Litva arasında siyasi, iqtisadi və mədəni münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və dünya böhranının nəticələri onların inkişaf tempinə nə dərəcədə təsir göstərib?

- Son bir neçə ildə bütün sektorlarda, ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, mədəni, humanitar sahələrində ölkələrimiz arasında əlaqələrin intensivləşdirilməsinin artan tendensiyasını vurğulamaq olar. Əməkdaşlıqda yeni aspektlər açılır. Əsası əvvəllər qoyulmuş müqavilə bazası hazırda ikitərəfli aspektdə, o cümlədən, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq formatında konkret məzmunla zənginləşdirilir. Litva Avropa İttifaqının "Əkizlər" proqramı üzrə iki tenderində qalib gəlib. Bu proqram üzrə Litva Seymi Azərbaycan Milli Məclisinin tərəfdaşıdır. İkinci proqram çərçivəsində Litva xüsusi təhqiqatlar xidməti və Azərbaycanın Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında əməkdaşlıq həyata keçirilir. Hər iki layihə Avrointeqrasiya sahəsində müsbət praktika və zəngin təcrübəni ifadə edir.

Bütün səviyyələrdə intensiv səfərlər davam edir. Bir dövlət quruluşundan digərinə keçmək məsələsində, kiçik və orta biznesin inkişafında təcrübəmiz Azərbaycan üçün çox maraqlıdır. Biz Avropa İttifaqının relsinə keçmək və hüquqi bazanın harmonlaşdırılması, özəl müəssisələr və dövlət strukturları üçün yeni standartların qəbulu və ÜTT-yə qəbulla bağlı beş ildən artıq bilik bazasına malikik. Bunların hamısı Azərbaycan üçün maraqlıdır və biz öz təcrübəmizi məmnuniyyətlə bölüşməyə hazırıq.

Məsələn, Litva Azərbaycana informasiya texnologiyaları, elektronika məhsulları ixrac edir, bizim işlərimiz ölkənin dövlət strukturları üçün maraqlıdır. Biznes əlaqələrinin spektri genişlənir. Yüksək texnologiyalardan başqa, Azərbaycana bizim ənənəvi məhsullarımız da daxil olur. Bunlar qida sənayesi məhsulları, mebel, tikinti materialları, gübrə və digər məhsullardır.

Turizm ikitərəfli istiqamətdə inkişaf edir və bu sahədə də böyük potensial var. Azərbaycanın turizm şirkətləri tədricən Litvanın turizm bazarına daxil olur. Biz bundan çox məmnunuq.

Öz növbəmizdə, Azərbaycan vətəndaşlarına Litvada müalicəvi turizm təklif edirik. Litva sanatoriyaları, tibb mərkəzləri azərbaycanlıları qəbul etməyə hazırdır. Bizim iri tibb mərkəzlərimiz Avropada populyardır. Bütün Avropadan bizə gəlirlər və bu, ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətindən xəbər verir. Sanatoriya müalicəmiz isə yüz illərdir məşhurdur.

İki ölkə arasında siyasi əlaqələr intensiv olaraq qalır. Ötən il əldə olunan nailiyyət azalmır. İqtisadi əlaqələr inkişaf etməkdədir. Son 3 ildə Litvanın Azərbaycana ixracı 7,5 dəfə artıb.

Hətta böhran fonunda biz tempi aşağı salmamağa çalışırıq. 2009-cu ildə dünyada Litvanın ixracı ildə 30 milyard dollara çatıb.

- Sizcə, ölkələr arasında biznes əlaqələrinin inkişafında hansı maneələr var və onların həllində səfirlik hansı rolu oynayır?

- Uzaq məsafə biznesmenlər üçün psixoloji rol oynayır. Elə vaxtlar olub ki, qonşu bazarlar bizdən faktik olaraq hər şey alıblar. Əlbəttə, mebel, sənaye və ərzaq malları kimi məhsulların uzaq məsafədən ixracı onların maya dəyərinin artmasına səbəb olur, lakin yüksək texnoloji məhsullar üçün məsafənin əhəmiyyəti yoxdur.

İkinci narahatlıq gömrük məsələləri ilə bağlıdır. Bizim üçün öz mallarımızı Avropaya ixrac etmək asandır. Çünki Avropa İttifaqında Litva məhsulları üçün heç bir rüsum yoxdur. Digər tərəfdən, həmin qaydalar bizim avropalı rəqiblərimiz üçün də mövcuddur. Lakin biz həmçinin yüksəkkeyfiyyətli məhsullar istehsal edən Azərbaycan şirkətləri ilə rəqabət aparırıq. Bu, Azərbaycan üçün komplimentdir.

- Azərbaycanda Litva Ticarət Evinin açılması Litva məhsullarının satış həcminin artmasına nə dərəcədə imkan yaradıb?

- Ötən il Azərbaycanda açılmış Litva Ticarət Evi, təbii ki, ölkənin ixracında müəyyən yer tutur və əsasən, ərzaq malları qrupunun ixracı ilə məşğul olur. Bunlar qənnadı məmulatları, süd məhsulları və digər məhsullardır.

- Litva bankları və maliyyə sektorunun digər iştirakçıları Azərbaycan bazarına daxil olmağa nə dərəcədə maraq göstərir?

- Biz Azərbaycana Litvanın Avropada liderlik etdiyi bank xidmətləri, bank texnologiyalarını təklif edirik.

Litva şirkətləri region bankları üçün proqram təminatı istehsal edir. İT sektoru Litva banklarının xidmət göstərilməsi üzrə çox yüksək müasir səviyyəyə çıxmasına imkan yaradıb. Hazırda Litvada adamlar faktik olaraq banka getmirlər, bütün ödənişlər internet vasitəsilə həyata keçirilir. Bizim bu təcrübəmiz Azərbaycan bankları üçün maraqlıdır. Şirkətlərimiz Azərbaycana gəlir və öz xidmətlərini təklif edirlər. Hətta öz mühafizəkarlığı ilə tanınan İsveş və Skandinaviya bankları da bizim bank texnologiyalarımızı əldə edirlər, hələ Rusiya banklarından və MDB-nin digər ölkələrinin banklarından danışmıram.

- Litva "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın Avropa İttifaqına inteqrasiyasına necə yardım göstərə bilər? Azərbaycan bu sahədə Litvanın hansı təcrübəsini tətbiq edə bilər?

- Aİ-nin "Şərq tərəfdaşlığı" Litva və Azərbaycan arasında uğurlu əməkdaşlığın daha bir sahəsidir.

Bizim sərhəd və gömrük nəzarəti üzrə təcrübəmiz Azərbaycan üçün maraqlıdır. Bizim Avropa İttifaqı ilə xarici sərhədimiz var. Gömrük və sərhəd xidmətimiz bu sahədə nümunəvidir və biz öz təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq.

Artıq Litvanın Azərbaycanla əməkdaşlıq etdiyi konkret layihələr var. Onların arasında, xatırlatdığım kimi, Aİ-nin "Əkizlər" proqramı üzrə layihələr var. Ölkənin çevik modernləşdirilməsi və təcrübə mübadiləsi sahəsində məhz Litva Azərbaycanın tərəfdaşı seçilib. Azərbaycan bir çox sektorda sürətlə inkişaf edir və iqtisadiyyatda, müxtəlif strukturlarda inkişaf təcrübəsi bizim üçün maraqlıdır.

Biz dövlət strukturları və özəl sektor üçün kadrların, həmçinin, diplomatların hazırlanmasında uğurla əməkdaşlıq edirik. Öz növbəmizdə, biz regionda sizin təcrübənizi öyrənirik.

Əməkdaşlığın digər sahəsi Avropa enerjidaşımalarının diversifikasiyasıdır və bu məsələdə də maraqlarımız üst-üstə düşür. Əgər Azərbaycan üşün Aİ bazarını açsaq, bu həm sizin, həm də bizim enerji müstəqilliyimizi daha da möhkəmləndirər.

Məlum olduğu kimi, Litva 100 faiz Rusiya neft və qazının ixracından asılıdır. Zənnimcə, əgər Avropaya Azərbaycan enerji resurslarının yeni axını baş verərsə, Türkmənistan da bu layihəyə qoşulmaq istər. Azərbaycan Avropaya alternativ enerji təchizatçısıdır və Aİ-nin enerji təhlükəsizliyinin təminatında strateji baxımdan mühüm ölkədir.

Litva çirklənmiş ərazilərin, çirkab sularının təmizlənməsi, təhlükəli və zəhərli tullantıların utilizasiyası üzrə müasir texnologiyalara malikdir. Biz Azərbaycanda bu sahədə işləməyə hazırıq. Bu həm ikitərəfli əməkdaşlıq çərçivəsində, həm də Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində mümkündür.

Digər əməkdaşlıq imkanları mülki müdafiə, fövqəladə halların nəticələrinin aradan qaldırılması, həm dənizdə, həm də quruda neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsi sahələrində mümkündür.

- Eşitmişik, yaxın zamanlarda Azərbaycan - Litva münasibətlərinə, yüksək intensivliyinə baxmayaraq, əlavə təkan verliəcək...

- Siz yaxşı məlumatlanmısınız. Bəli, apreldə Vilnüsdə Azərbaycan - Litva biznes- forumu və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ilk iclasının keçirilməsi planlaşdırılır. Biz hesab edirik, bütün bu məsələlər müvafiq müqavilələrlə möhkəmləndiriləcək. Bu gözəl imkan həm dövlət idarələri, həm də fəal sahibkarlar üçün bizim münasibətləri daha zəngin və intensiv edəcək.

- Litva-GUAM əməkdaşlığının nə kimi perspektivləri var? Ola bilərmi yaxın gələcəkdə Litva təşkilata üzv olsun?

- Litva GUAM-ın fəaliyyətini tamamilə dəstəkləyir, ancaq təşkilata qoşulmaq haqqında danışıqlar alınmır; belə ki, GUAM digər məqsədlər üçün yaradılıb. Litva artıq digər formatda -Avropa İttifaqına və NATO-nun üzvüdür. Məhz GUAM təşkilat üzvlərinin Avroatlantika təşkilatına inteqrasiyasına kömək edən qurumdur. Litva GUAM-ın fəal tərəfdaşı və dostudur. Biz hətta GUAM - Litva formatında təşkilat ilə əməkdaşlıq edir və təşkilatı bütün formatlarda tamamilə dəstəkləyirik.

- Siz Avrasiya neft nəqliyyat dəhlizi layihəsinin həyata keçməsini və bu marşrut üzrə enerji resurslarının Xəzər dənizindən Avropa ölkələrinə daşınmasını necə qiymətləndirirsiniz?

- Biz enerji resurslarının Avropaya daşınmasında bütün alternativlərdə maraqlıyıq. Biz ümid edirik ki, yaxın gələcəkdə "Nabucco" layihəsi həyata keçəcək. Azərbaycan artıq öz qazını bu kəmər vasitəsilə nəql etməyə hazırdır - bunun üçün potensial və lazımi infrastrukturu var.

- Litva Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin inkişafı ilə məşğul olan Sarmatia şirkətinin iştirakçısıdır. Siz bu layihəni necə qiymətləndirirsiniz və bu istiqamətdə hansı işlər həyata keçirirsiniz?

- Bu layihə kommersiya cəhətdən çox cəlbedicidir; belə ki, Azərbaycandan Polşa və Litvaya qədər çox ölkələri əhatə edir - və məhz buna görə də bütün bu dövlətlərin siyasi iradəsi lazımdır. Biz ümid edirik, layihə davam etdiriləcək.

- Son illərdə ARDNŞ Azərbaycanın hüdudlarından kənarda neft məhsullarının pərakəndə satış bazarında iştirakını əhəmiyyətli dərəcədə genişləndirir. Sizin ölkədə pərakəndə satışda ARDNŞ-in iştirakı və ya Azərbaycan neft məhsullarının Litva tərəfindən alınması məsələsi nəzərdə tutulurmu?

- ARDNŞ-in təklif etdikləri bizim üçün çox maraqlıdır. Bizim sahibkarlar ARDNŞ-ə müntəzəm olaraq sorğular göndərirlər. Atom stansiyasının bağlanmasından sonra, Litvanın mazuta böyük ehtiyacı yarandı və biz bu neft məhsulunu böyük həcmdə tədarük edən tədarükçülər axtarırıq. Bazar işləyir. Neft məhsulları üzrə təkliflər bəzən tələbatı ötür. Yüksək rəqabət şəraitində hər şey bizə təklif olunan qiymətlərdən asılı olacaq. Beləliklə, biz bu sahədə də əməkdaşlıq etməyə hazırıq.

“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Loading Bars
Xəbər lenti
Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz - Vitse-spiker
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb
Kəlbəcərin səhiyyə statistikası açıqlanıb
Senatın qərarı aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib
Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu
Böyük Qələbənin sonsuz sevinci
Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır
Karantin qaydalarını pozan idman zalından qadağan olunmuş dərman həbləri aşkarlandı
Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb
Milli Məclis Fransa Senatında qəbul edilmiş qərarla bağlı bəyanat verəcək
Dekabrın 1-ə qədər Laçın Azərbaycana təhvil veriləcək - Sahibə Qafarova
Milli Məclisin növbəti iclası öz işinə başlayıb
Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək
Azərbaycan tütün nümunələri Braziliya və Almaniyaya göndərilib
Şamaxıda yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa edir, həm də bəşəriyyətin ortaq dəyərlərini məhv olmaqdan xilas edir - Könül Nurullayeva
İllərlə həsrətində olduğumuz arzular sürətlə gerçəkləşir...- Kamaləddin Qafarov
Kəlbəcəri mərkəzi büdcədən asılı olmayan azsaylı rayonlardan birinə çevirə bilərik - Ekspert
Gəncədə mobil qruplar maarifləndirmə tədbirlərini gücləndirib (FOTO)
Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, sadə həqiqəti dəyişə bilməz: Qarabağ Azərbaycandır - Baş konsul
Bakı sakini küçədə qətlə yetirildi
Mərkəzi Gömrük Hospitalı koronavirus xəstələrinə görə pasient qəbulunu dayandırdı
Milli Məclisin gündəliyinə dəyişiklik edilib (ƏLAVƏ OLUNUB)
Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər - Baş infeksionistdən əhaliyə müraciət
Şuşadan sonra 70-dən çox kəndin azad edilməsi ilə Ermənistan diz çökdü – Politoloq
Noyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda sitrus bitkilərinin məhsuldarlığı artıb
Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da soyqırım törədiblər
Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Bakıda fərdi ev yanıb
Bayden cari əsrin "amerikan yüzilliyi" olmağına əmindir
Polşa "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafını dəstəkləyəcək - Səfir
Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır
Braziliyada "Boeing 737-8 MAX" təyyarəsinin istifadəsi bərpa edilir
Filipo Qrandi daha 2.5 il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri təyin edildi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb
Çempionlar Liqasında "Bavariya" "Zalsburqa" qalib gəldi və play-off mərhələsinə keçdi
Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb
"Mançester Siti" "Olimpiakos"u məğlub edərək 1/8 finala yüksəldi
Qətər əmiri Türkiyəyə səfər edəcək
Ankara Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək
Cəbhəboyu ərazilərdə xeyli sayda partlamamış mina və sursat aşkarlanıb
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb (FOTO/VIDEO)
Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN
Əsgərin sevdiyi qızın anasına müraciəti (VİDEO)
Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə (VİDEO)
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb (FOTO/VİDEO)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
Dieqo Maradona vəfat edib
Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək
Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir
22 obyektdə epidemiya əleyhinə rejim pozulub - İqtisadiyyat Nazirliyi
Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova
Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq
Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Bakıda qəza: Yolda sıxlıq var
Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil - Deputat
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir (FOTO)
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda 3 469 nəfər COVID-19-a yoluxub, 1 229 nəfər sağalıb, 30 nəfər vəfat edib
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar
DYP texniki baxışla bağlı sürücülərə müraciət edib
27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi - Cavid Qurbanov
Azərbaycan enerji sektorunda bazar islahatları üzrə seminar keçirilib (FOTO)
Tərtər rayonunun Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı (FOTO)
Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir - Vüqar Rəhimzadə
Fransa Senatının Rəyasətində qəbul edilən qətnamə layihəsi Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlikdir - Rauf Əliyev
Gəncədə evdən kişi meyiti tapılıb
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək (FOTO)
Bakı Dövlət Universitetinin dekanı COVİD-19-dan ölüb
Şuşada 27 ildən sonra ilk taksimiz (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək
Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib
Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb
Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Lənkəranda sitrus bağlarına qənim kəsilənlər saxlanılıb
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
Direktor vəzifəsinə işə qəbulla bağlı son 3 ilin nəticələri açıqlandı
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi (ÖZƏL)
“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib (FOTO)
Abşeron, Binəqədi və Sabunçu rayonlarına içməli su məhdudiyyətlə veriləcək
Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayıb
DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır
BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək
Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı
Azərbaycanda iki yeni sitrus meyvəsinin kütləvi yetişdirilməsinə başlanılıb
Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri (FOTO/VİDEO)
Bütün xəbərlər