...

Türkdilli ölkələrin Parlament Assambleyasının baş katibi TBMM-nin yubileyində iştirak edəcək

Siyasət Materials 10 Mart 2010 12:36 (UTC +04:00)
"Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov Türkiyə Böyük Millət Məclisinin 90 illik yubiley tədbirlərində iştirak etmək üçün Ankaraya səfər edəcək", - çərşənbə günü Trend News-a assambleyanın Baş Katibliyindən bildirilib.
Türkdilli ölkələrin Parlament Assambleyasının baş katibi TBMM-nin yubileyində iştirak edəcək

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir A.Hüseynbala/

Türkdilli ölkələrin Parlament Assambleyasının baş katibi Türkiyə Böyük Millət Məclisinin yubileyində iştirak edəcək.

"Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov Türkiyə Böyük Millət Məclisinin 90 illik yubiley tədbirlərində iştirak etmək üçün Ankaraya səfər edəcək", - çərşənbə günü Trend -a assambleyanın Baş Katibliyindən bildirilib.

Həsənov martın 13-dən 15-dək davam edəcək səfər zamanı TÜRKPA-nın gələcək fəaliyyəti və perspektivlərini müzakirə etmək üçün Türkiyə Parlamentinin sədri Mehmet Əli Şahinlə də görüşəcək. "Yubiley tədbirləri zamanı baş katibin Türkiyə Parlamentinin baş katibi Alı Osman KocaTürkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı ilə də görüşləri nəzərdə tutulub", - məlumatda vurğulanır.

Həsənov martın 16-18-də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iqtisadiyyat komitəsinin növbəti sessiyasında iştirak etmək üçün Moldovada səfərdə olacaq. "O, TÜRKPA-nı tanıtmaq üçün sessiyada çıxış edəcək və QİƏTPA-nın baş katibi Aleksey Kudryaveçlə gələcək əməkdaşlıq imkanlarının müzakirəsi üçün görüş də nəzərdə tutulub", - məlumatda bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti