...

İranın göstərdiyi müddətə görə zənginləşdirilmiş uranın təyinatı şübhə yaradır – ABŞ-ın MAQATE-dəki nümayəndəsi

Siyasət Materials 11 Mart 2010 20:17 (UTC +04:00)
Uranın 20 faizədək zənginləşdirilməsinin real məqsədləri şübhə yaradır. Belə ki, İran Tehrandakı reaktor üçün sərbəst şəkildə yanacaq istehsal etmək vəziyyətində deyil və bunun üçün təyin olunmuş müddətdə onu "yanacaq borularına" çevirərək istifadə edə bilməz.
İranın göstərdiyi müddətə görə zənginləşdirilmiş uranın təyinatı şübhə yaradır – ABŞ-ın MAQATE-dəki nümayəndəsi

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir T.Konyayeva/

Uranın 20 faizədək zənginləşdirilməsinin real məqsədləri şübhə yaradır. Belə ki, İran Tehrandakı reaktor üçün sərbəst şəkildə yanacaq istehsal etmək vəziyyətində deyil və bunun üçün təyin olunmuş müddətdə onu "yanacaq borularına" çevirərək istifadə edə bilməz. ABŞ-ın MAQATE-dəki səfiri Qlin Deyvis hesab belə hesab edir.

"İranın Tehrandakı reaktor üçün yanacaq istehsal etmək iqtidarında olmaması uranın 20 faizədək zənginləşdirilməsinin həqiqi təyinatını şübhə altına qoyur. İran tərəfindən göstərilən müddət ərzində reaktoru yanacaqla təmin etmək üçün onu istifadə etmək qeyri-mümkündür, lakin buna sahib olmaq İranı nüvə silahı üçün lazım olan materialların istehsalına əhəmiyyətli dərəcədə yaxınlaşdırır", - Deyvis Trend -a müsahibəsində deyib.

O həmçinin qeyd edib ki, İran uranı 20 faizədək zənginləşdirərək, nüvə silahının istehsalı üzrə işlərin 85 faizini həyata keçiriib.

Fevralda İranın Atom Enerjisi Təşkilatı tərkibində 20 faiz 235 izotop olan uranın istehsalı üzrə işlərin başlanmasını rəsmi təsdiqləyib. Təşkilatın rəhbəri Əli Əkbər Salehinin bildirdiyi kimi, bunun üçün izotopların ayrılması üçün xüsusi sentrifuq kaskadı yaradılıb. Onun sözlərinə görə, kaskad tibbi izotoplar istehsal edən Tehran araşdırmalar reaktoru üçün ildə 5 kiloqram 20 faizədək zənginləşdirilmiş uran istehsal etməyə qadirdir.

"Məsələ uran qazının 20 faizədək zənginləşdirməyə qadir olmasında deyil. MAQATE-nin məlumatına görə, İran artıq buna nail olub, məsələ burasındadır ki, 20 faizə qədər zənginləşdirilmiş uran qazı həqiqətən də reaktorda quru yanacağa çevrilərək istifadə oluna biləcəkmi?" - Deyvis deyib.

Onun sözlərinə görə, yanacağın həmin spesifik növünün istehsalı üzrə texniki avadanlıqlar ABŞ-da da yoxdur.

"Əgər İran həmin yanacağın istehsal prosesini sürətləndirmək üçün ehtiyat tədbirlərindən yayınarsa, bu, təhlükəsizliyə əhəmiyyətli dərəcədə təhlükə yaradacaq", - Deyvis deyib.

O həmçinin qeyd edib ki, xəstəxanalar və onkoloji xəstəlikləri olanlarr üçün İrana lazım olan izotopları beynəlxalq bazarlardan almaq olar. Buna görə də "İran xalqının bundan narahat olmasına ehtiyac yoxdur".

ABŞ və Qərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsini nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib. 2006-ci ildə BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin üçündə İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunub.

Məqalənin yazılmasında Y.Ostapenko iştirak edib.

Xəbər lenti

Xəbər lenti