...

Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün qızıl dövr yetişib – ATƏT PA-nın rəhbəri Joao Soareş (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Mart 2010 18:04 (UTC +04:00)
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün qızıl vaxt yetişib. ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş belə hesab edir.
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün qızıl dövr yetişib – ATƏT PA-nın rəhbəri Joao Soareş (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Y.Ostapenko/

Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün qızıl vaxt yetişib. ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş belə hesab edir.

"Biz Qafqazda sülhə və əməkdaşlığa parlament səviyyəsində yardım etmək üçün burdayıq. Biz uzun müddətdir siyasi məslələr üzrə əməkdaşlıq edirik və qərar qəbul etməyin vaxtı çatıb", - Soareş aeroportda jurnalistlərə deyib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar ATƏT-in Minsk Qrupunun dəstəyi ilə uzun illərdir gedir. Qərar qəbul etməyin vaxtı çatıb, Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə Qoran Lenmarker əlavə edib.

Münaqişənin sülh yolu ilə həlli mümkündür, o hesab edir. Lenmarker, münaqişənin həllinə dair razılığın əldə edilməsi məqsədilə Azərbaycan və Ermənistan prezidentlərinin və xarici işlər nazirlərinin dəfələrlə keçirilən görüşlərini buna misal gətirib.

Assambleyanın sədri Joao Soareşin və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə Qoran Lenmarkerin rəhbərliyi ilə ATƏT-in Parlament Assambleyasının nümayəndə heyyəti şənbə günü Azərbaycana üçgünlük səfərə gəlib.

ATƏT-in PA-nın nümayəndələri regional səfər çərçivəsində Gürcüstan, Ermənistanda olub və səfəri Azərbaycanda başa çatdırır. Hər üç ölkədəki danışıqlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsnin həlli prosesinə, həmçinin 2008-ci il avqust münaqişəsindən sonra Gürcüstandakı vəziyyətə aiddir.

Bu ATƏT-in Parlament Assambleyasının sədri qismində Soareşin Azərbaycana ilk səfəridir. Əvvəllər o, Azərbaycana seçki müşahidəçisi qismində gəlib.

Soareşin sözlərinə görə, Ermənistan və Gürcüstana səfərinin əsas məqsədi sülhün və əməkdaşlığın yaradılması olub və ATƏT PA-nın nümayəndə heyyəti həmin müzakirələrin Azərbaycanda davam etdiriləcəyinə ümüd edir.

Soareş bir daha təsdiq edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həll edilməsi yolverilməzdir. Müharibə və güc tətbiq edilməsi tamamilə istisna edilməlidir, o deyib.

Müharibədən hər kəs zərər çəkəcək, Lenmarker deyib. Sülhə ehtiyacı olan insanları düşünmək lazımdır. Onlar doğma yerlərinə qayıtmaq, öz doğmalarının məzarlarını görmək istəyirlər. Və onların qatyıtmaq hüququ var, o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti