...

"Erməni soyqırımı"nın olub olmadığını siyasətçilər deyil, tarixçilər həll edəcək – AŞ PA prezidenti Mövlud Çavuşoğlu

Siyasət Materials 15 Mart 2010 18:30 (UTC +04:00)
"Erməni soyqırımı"nın olub olmadığını siyasətçilər, parlament üzvləri deyil, tarixçilər həll edəcək. Bunu AŞ PA prezidenti Mövlud Çavuşoğlu Trend News müxbirinin sualına cavab verərkən deyib.
"Erməni soyqırımı"nın olub olmadığını siyasətçilər deyil, tarixçilər həll edəcək – AŞ PA prezidenti Mövlud Çavuşoğlu

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir S.Süleymanov/

"Erməni soyqırımı"nın olub olmadığını siyasətçilər, parlament üzvləri deyil, tarixçilər həll edəcək. Bunu AŞ PA prezidenti Mövlud Çavuşoğlu Trend müxbirinin sualına cavab verərkən deyib.

"Nə siyasətçilər, nə parlament üzvləri, nə də milli parlamentlər tarix barədə mühakimə yürüdə bilməz. Müxtəlif ölkələrdən olan tarixçilər bir yerə yığışmalı və faktların toplanması yolu ilə birlikdə müzakirə aparmalıdır və neçə nəfərin həlak olduğunu hesablamalı və bunun əsasında soyqırımın olub olmaması barədə nəticə çıxarmalıdır", - Çavuşoğlu deyib.

Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin iclasında qondarma "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul olunub. Martın 11-də İsveç Parlamentinin Xarici əlaqələr komitəsi də qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul edib.

Türkiyə bütün ölkələrin, xüsusilə də ABŞ-ın "soyqırım"ı tanımamasını gözləyir.

Onun fikrincə, İsveçin həmin qətnaməni dəstəkləməsi hadisəsi təsadüfdür, Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qərarının zəncirvari reaksiyası deyil.

Çavuşoğlu deyib ki, tarixlə əlaqədar hansısa qərarın qəbul edilməsi milli parlamentlərin üstünlüyü deyil.

Xəbər lenti

Xəbər lenti