...

Azərbaycan Prezidenti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 17 Mart 2010 03:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti  Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həll etməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti