...

İranın nüvə proqramı ilə bağlı bütün problemlər sülh yolu ilə həll edilməlidir - BMT-nin baş katibi Pan Gİ Mun

Siyasət Materials 18 Mart 2010 18:09 (UTC +04:00)
İranın nüvə proqramı ilə bağlı bütün problemləri dialoq yolu ilə həll etmək lazımdır, İran tərəfi MAQATE-nin təkliflərinə dair danışıqları ciddi aparmalıdır. Bunu BMT-nin baş katibi Pan Gi Mun canlı efirdə "Vesti" telekanalına verdiyi müsahibəsində deyib.
İranın nüvə proqramı ilə bağlı bütün problemlər sülh yolu ilə həll edilməlidir - BMT-nin baş katibi Pan Gİ Mun

İranın nüvə proqramı ilə bağlı bütün problemləri dialoq yolu ilə həll etmək lazımdır, İran tərəfi MAQATE-nin təkliflərinə dair danışıqları ciddi aparmalıdır. Bunu BMT-nin baş katibi Pan Gi Mun canlı efirdə "Vesti" telekanalına verdiyi müsahibəsində deyib.

"İrana qarşı qəbul edilən BMT-nin Təhlükəsizlik Şurasının bütün qətnamələri İranın nüvə proqramının sülh yolu ilə nizamlanmasına istiqamətlənib", - Pan Gi Mun deyib. - "MAQATE-nin təklifləri üzrə danışıqları ciddi aparmaq üçün bütün problemləri dialoq yolu ilə həll etmək lazımdır".

O, həmçinin əlavə edib ki, indiyə kimi MAQATE İranın nüvə proqramının sülh xarakterli olmasını təsdiq edə bilməyib.

"İndiyə kimi İranın nüvə proqramının sülh xarakterli olmasının təsdiqlənməsi baş tutmayıb. İranlılar nüvə hazırlıqlarının sülh istiqamətli olmasını sübut etməlidir", - o bildirib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edir. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və Şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin üçündə İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.

"İran hökuməti MAQATE-nin müvafiq tələblərini yerinə yetirməlidir", - Pan Gi Mun deyib.

Uranın Rusiya və Fransa ərazisində zənginləşdirilməsi təkliflərinə gəldikdə isə, BMT-nin baş katibi bildirib ki, "bu təkliflər ciddi şəkildə nəzərdən keçirilməlidir".

"Sözügedən məsələdə hələlik irəliləyiş müşahidə edilməyib. MAQATE xüsusi təkliflər irəli sürüb və iranlılar onları ciddi şəkildə nəzərdən keçirməlidirlər", - o deyib.

MAQATE 2009-cu ilin oktyabrında tibbi izotoplar istehsal edən Tehranda elmi-tədqiqat reaktoru üçün İranın sahib olduğu zəif zənginləşdirilmiş (3,5 faizə kimi) uranın 20 faizə kimi zənginləşdirilmiş yanacaqla mübadiləsi təşəbbüsü ilə çıxış edib. Sonra MAQATE Rusiya, Fransa və ABŞ-ın iştirakı ilə mübadilə üzrə konkret layihə işləyib hazırlayaraq təqdim edib. Agentliyin təşəbüsü İranın Nətənz şəhərindəki müəssisədə istehsal olunan zəif zənginləşdirilmiş uranın 1,2 tonunu Rusiyaya verilməsini nəzərdə tuturdu. Rusiya layihəyə əsasən bu uranı 20 faizə kimi zənginləşdirməli və Tehrana qaytarmalı idi. Lakin sonradan İran mübadilənin sinxron olmasını və ölkə ərazisində həyata keçirilməsini tələb etdi.

Xəbər lenti

Xəbər lenti