...

Gürcüstanda "Yer Kürəsinin saatı" aksiyası keçiriləcək

Siyasət Materials 26 Mart 2010 11:21 (UTC +04:00)
Gürcüstan "Yer Kürəsinin saatı" aksiyasına qoşulacaq. Bütün dünyada olduğu kimi, "Şeraton Metexi palas" mehmanxanasında da martın 27-də bir saat - 20:30-dan 21:30-dək elektrik enerjisi kəsiləcək.
Gürcüstanda "Yer Kürəsinin saatı" aksiyası keçiriləcək

Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan "Yer Kürəsinin saatı" aksiyasına qoşulacaq. Bütün dünyada olduğu kimi, "Şeraton Metexi palas" mehmanxanasında da martın 27-də bir saat - 20:30-dan 21:30-dək elektrik enerjisi kəsiləcək.

Şam işığında qonaqlar və mehmanxananın kirayənişinləri üçün "Ceostar" ulduzlarının konserti olacaq və onlara xüsusi "yaşıl" kokteyl təklif ediləcək.

Aksiyanın devizi "İşığı bir saatlığa söndür", "Dünyaya vaxt bağışla" olacaq.

Gürcüstanda aksiyanın təşkilatçıları "Şeraton Metexi palas" mehmanxanası, "Radioqorod" 101.9 və "Ceocel"dir.

Aksiya ilə əlaqədar sabah günorta "Şeraton" mehmanxanasında mətbuat konfransı keçiriləcək.

"Yer Kürəsinin saatı" aksiyasının keçirilmə ideyası 2007-ci ildə Sidneydə yaranıb. O zaman iki milyondan çox təşkilat bir saatlığa elektrik enerjisini kəsmişdilər. Hazırda bu aksiya dünyanın 35 ölkəsinin 370 şəhərində keçirilir.

Xəbər lenti

Xəbər lenti