...

İran Prezidenti Novruz Bayramı tədbirlərinin hər il bir ölkədə, digər ölkə rəsmilərinin iştirakı ilə, keçirilməsini təklif edib

Siyasət Materials 27 Mart 2010 11:54 (UTC +04:00)
İran Prezidenti Novruz Bayramı tədbirlərinin hər il bir ölkədə, digər ölkə rəsmilərinin iştirakı ilə, keçirilməsini təklif edib.
İran Prezidenti Novruz Bayramı tədbirlərinin hər il bir ölkədə, digər ölkə rəsmilərinin iştirakı ilə, keçirilməsini təklif edib

Azərbaycan, Bakı, 27 mart / Trend , müxbir T.Cəfərov/

İran Prezidenti Novruz Bayramı tədbirlərinin hər il bir ölkədə, digər ölkə rəsmilərinin iştirakı ilə, keçirilməsini təklif edib.

İran Prezidenti Mahmud Əhmədinejad Tehranda keçirilən Novruz Bayramı tədbirində çıxışı zamanı bildirib: "Novruz onu sevənləri pisliklərdən və düşmənçiliklərdən çəkindirməyə çağırır və onları paklığa, dostluğa və bütün yaxşılıqlara dəvət edir".  Bu barədə Trend İranın İRİNN xəbər kanalına istinadən məlumat yayıb.

Əhmədinejad bildirib ki, Novruz insanları gələcəyə ümidli olmağa və təbiətin təravətini hiss etməyə səsləyir.

"Novruz əxlaq və mənəvi mesajlarla dolu bir bayramdır. Elə bir şairə rast gəlmək olmaz ki, öz şeirlərində Novruzdan ilham almamış olsun", - Əhmədinejad deyib.

Tədbirdə çıxış edən Tacikistan Prezidenti İmaməli Rəhman İran Prezidentinin təklifini alqışlayıb.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən Novruzun bu ildən etibarən beynəlxalq bayram statusu alması münasibətilə İranda dövlət səviyyəsində mərasim təşkil edilib. Bununla bağlı Novruz Bayramını qeyd edən ölkələrin dövlət və hökumət nümayəndələri mərasimə dəvət ediliblər. Bayram tədbirləri martın 28-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti