...

Moskvada törədilmiş terror aktları zamanı həlak olan və yaralananlar arasında Gürcüstan vətəndaşı yoxdur - XİN

Siyasət Materials 29 Mart 2010 14:19 (UTC +04:00)
Bu vaxta olan məlumata görə, Moskva metrosunda baş vermiş iki partlayış zamanı həlak olan və yaralananlar arasında Gürcüstan vətəndaşı yoxdur. Bunu bu gün jurnalistlərə Gürcüstan XİN Konsul Departamentinin direktor müavini İnqa Kiknadze deyib.
Moskvada törədilmiş terror aktları zamanı həlak olan və yaralananlar arasında Gürcüstan vətəndaşı yoxdur - XİN

Gürcüstan, Tbilisi, 29 mart / Trend , müxbir N.Kirsxaliya/

Bu vaxta olan məlumata görə, Moskva metrosunda baş vermiş iki partlayış zamanı həlak olan və yaralananlar arasında Gürcüstan vətəndaşı yoxdur. Bunu bu gün jurnalistlərə Gürcüstan XİN Konsul Departamentinin direktor müavini İnqa Kiknadze deyib.

Onun sözlərinə görə, Gürcüstanın Moskvada İsveçrə səfirliyindəki nümayəndəsi Rusiya DİN və XİN ilə daim əlaqə saxlayır və əlavə məlumat daxil olarsa, o açıqlanacaq.

Son məlumatlara görə, bu gün səhər Moskva metrosunda baş vermiş partlayışlar zamanı 35 nəfər həlak olub, 38 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti