BMT Baş katibi Mərkəzi Asiyaya turneni neytral Türkmənistandan başlayır

Siyasət Materials 1 Aprel 2010 10:50 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 1 aprel / Trend , müxbir H.Həsənov/

BMT Baş katibi Pan Gi Mun ilk dəfə olaraq Türkmənistan paytaxtına gəlir (1-2 aprel) ki, bu da ənənəvi əməkdaşlığın çoxillik tarixinin əlamətidir". Bu barədə cümə axşamı Türkmənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Bu, bizim ölkənin dünya koordinat sistemində əsas mövqelərdən birini tutduğu Mərkəzi Asiya regionunun artan rolunu bir daha təsdiqləyir; ikincisi də dünya birliyinin müstəqil neytral Türkmənistana xüsusi marağıdır", - məlumatda deyilir.

Səfər çərçivəsində Pan Gi Munun Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə görüşü, Aşqabadda yerlışən BMT-nin Mərkəzi Asiyada regional preventiv diplomatiya mərkəzinə baş çəkməsi planlaşdırılır.

Rəsmi Aşqabad BMT çərçivəsində enerji təhlükəsizlliyi, silahsızlaşdırma və regional inkişaf sahəsində bir sıra beynəlxalq təşəbbüslər irəli sürüb.

Xəbər lenti

Xəbər lenti