...

Azərbaycanın hakim partiyasından parlament seçkilərində dəstək gözləyirik – Tahir Kərimli

Siyasət Materials 1 Aprel 2010 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan iqtidarının siyasi kursunu dəstəkləyən partiya sədri hesab edir ki, Parlament seçkilərində uğur əldə etmək üçün hakim partiyanın dəstəyi zəruridir.

"Biz arzulayırıq ki, partiyamızın namizədləri olduğu seçki dairələrində Yeni Azərbaycan Partiyasının namizədi irəli sürülməsin", - cümə axşamı TrendVəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bir müddət əvvəl Trend-də deyib ki, seçki koalisiyası yaratmadıqlarından, Parlament seçkilərində digər partiyaların namizədlərini müdafiə etməyəcəklər. Onun fikrincə, YAP-ın bütün seçkilərdə təkbaşına iştirak etməsi üçün kifayət qədər potensialı və namizədləri var.

Kərimlinin sözlərinə görə, seçki kampaniyası zamanı namizədlərin birgə dəstəklənməsi də mümkündür.

"Mən istəyirəm, YAP Vəhdətin, biz isə hakim partiyanın namizədlərini seçki kampaniyası zamanı dəstəkləyək. Belə müdafiənin təşkili mümkündür. Məncə, hakim partiyanın dəstəyi olmadan doğrudan da bu seçkilərdə qalib gəlmək çox çətin olacaq", - partiya sədri əlavə edib.

Özünün namizədliyinə gəldikdə, Kərimli deyib ki, belə bir fikri var.

"Partiyada da bunu istəyirlər. Ancaq bu hələ ki qəti qərar deyil. Əlbəttə, əgər seçilmək şansım gözləniləcəksə, o zaman namizədliyimi irəli sürəcəyəm. Əks halda, seçkilərdə iştirak etməyimin mənası yoxdur", - Kərimli vurğulayıb.

Partiya sədri deyib ki, Parlament seçkilərində iştirak etsələr də, kütləvi şəkildə namizəd irəli sürməyəcəklər: "Ötən seçkilərdə namizədlərimiz deputat mandatı qazana bilməyiblər. Ona görə də real seçilmək şansı olan namizədlərin irəli sürülməsinə üstünlük verəcəyik", - o xatırladıb.

Аzərbаycаnın Аli Məhkəməsinin kеçmiş sədri, sаbiq millət vəkili Tаhir Кərimlinin rəhbərlik еtdiyi Vəhdət Pаrtiyаsı 2006-cı ilə qədər müхаlifət mövqеyində оlub. Pаrtiyа hаzırdа iqtidаrın siyаsi kursunu dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti