...

NATO-nun nümayəndə heyəti aprelin ortalarında Azərbaycana səfərə gələcək

Siyasət Materials 3 Aprel 2010 12:30 (UTC +04:00)
NATO-nun tərəfdaşlıq alt komitəsinin nümayəndə heyəti aprelin 12-14-də Azərbaycanda səfərdə olacaq. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.
NATO-nun nümayəndə heyəti aprelin ortalarında Azərbaycana səfərə gələcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

NATO-nun tərəfdaşlıq alt komitəsinin nümayəndə heyəti aprelin 12-14-də Azərbaycanda səfərdə olacaq. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

"NATO-nun komitə və alt komitələri bir neçə dəfə Azərbaycana səfər edib və bizimlə əməkdaşlığa üstünlük verirlər. Biz də əməkdaşlığın tərəfdaşıyıq", - Əsgərov deyib.

Trend-in arayışı: NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı əsasən "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub.

İslahatların aparılmasına yardım göstərilməsi ilə yanaşı, NATO ilə Azərbaycan arasında əməkdaşlığın mühüm məqsədlərindən biri sülhməramlı əməliyyatların və böhrana çevik reaksiya əməliyyatlarının aparılması zamanı ölkənin silahlı qüvvələrinin qabiliyyətini NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdir. 1999-cu ildən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatlarının aparılmasına dəstək göstərib.

Əsgərov bildirib ki, NATO Parlament Assambleyasının yaz sessiyası mayın sonunda Riqada keçiriləcək. İclasda Əfqanıstan və İraq məsələsi müzakirə olunacaq. Çünki son vaxtlar bu ölkələrlə bağlı NATO rəhbərliyi rəy verib.

Xəbər lenti

Xəbər lenti