...

Genişlənmə məsələləri üzrə Avropa komissarı Tbilisiyə səfər edəcək

Siyasət Materials 5 Aprel 2010 14:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 5 aprel /Trend, müxbir N.Kirsxaliya/

Avropa İttifaqının genişlənməsi və Avropa qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Fyule aprelin 7-9-da Tbilisidə səfərdə olacaq. Bu gün ənənəvi bazar ertəsi brifinqində Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib ki, o, səfər çərçivəsində Prezident Mixail Saakaşvili və ölkənin digər rəsmi nümayəndələri ilə görüşəcək.

Gürcüstan müxalifətinin liderləri ilə danışıqlar planlaşdırılıb. Fyule qaçqınların sıx yaşadıqları yerlərə baş çəkəcək, onların problemləri ilə maraqlanacaq. O, həmçinin, Aİ monitorinq missiyasının nümayəndələri ilə də görüşəcək.

Kalandadze qeyd edib ki, bu, Avropa komissarının Gürcüstana ilk səfəridir. Səfər zamanı Fyule ölkədə və regionda vəziyyətlə, həmçinin, mayın 30-da yerli seçkilərə hazırlıq və seçki kampaniyası ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti