...

Rumıniyanın Azərbaycandakı səfiri Strateji Araşdırmalar Mərkəzində çıxış edəcək

Siyasət Materials 6 Aprel 2010 11:31 (UTC +04:00)
Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, NATO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nikolay Urek Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində aprelin 9-da məruzə ilə çıxış edəcək. Bu barədə mərkəzin məlumatında deyilir.
Rumıniyanın Azərbaycandakı səfiri Strateji Araşdırmalar Mərkəzində çıxış edəcək

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir R.Cəfərov/

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, NATO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nikolay Urek Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində aprelin 9-da məruzə ilə çıxış edəcək. Bu barədə mərkəzin məlumatında deyilir.

Diplomat "Rumıniyanın NATO-nun yeni strateji konsepsiyasına baxışı" mövzusu üzrə baş məruzəçi rolunda çıxış edəcək.

Görüşdə Azərbaycan XİN-in məsul əməkdaşları, deputatlar, Azərbaycana akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri, beynəlxalq və regional münasibətlər üzrə ekspertlər və başqaları iştirak edəcəklər.

Urek Azərbaycan və NATO əməkdaşlığını, Şimali Atlantika Alyansının yeni strateji konsepsiyasını, onun müasir təhlükəsizlik sahəsində rolu, Əfqanıstandakı əməliyyatlar, həmçinin, Rumıniya - Azərbaycan münasibətləri və mövcud ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələri görüş iştirakçıları ilə müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti