...

Bakıda MDB gənclərinin əməkdaşlıq strategiyası layihəsi müzakirə olunacaq – Azərbaycanın gənclər və idman nazirinin müavini

Siyasət Materials 6 Aprel 2010 19:28 (UTC +04:00)
Aprelin 13-14-də Bakıda MDB ölkələri gənclərinin işi üzrə Şuranın iclasında MDB gənclərinin beynəlxalq əməkdaşlıq strategiyası layihəsi müzakirə olunacaq.
Bakıda MDB gənclərinin əməkdaşlıq strategiyası layihəsi müzakirə olunacaq – Azərbaycanın gənclər və idman nazirinin müavini

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Aprelin 13-14-də Bakıda MDB ölkələri gənclərinin işi üzrə Şuranın iclasında MDB gənclərinin beynəlxalq əməkdaşlıq strategiyası layihəsi müzakirə olunacaq. Bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev Trend-ə deyib.

Onun sözlərinə görə, layihə Belarus tərəfindən hazırlanıb və onun qəbul edilməsi müzakirə olunacaq.

"Bundan əlavə, Böyük Vətən müharibəsində qələbənin 65 illiyinin qeyd edilməsi üzrə gənclərin tədbirlərinin təşkil edilməsi iclasda müzakirə mövzusu olacaq", - Babayev deyib.

MDB ölkələri gənclərinin işi üzrə Şura ildə iki dəfə iclas keçirir və yaxın iki il ərzində müştərək tədbirlər planı müəyyən edir.

"Ermənistan tərəfinə Şurada iştirak etmək üçün dəvət göndərilib, lakin onun iştirakı hələ sual altındadır", - Azərbaycanın gənclər və idman nazirinin müavini deyib.

Xəbər lenti

Xəbər lenti