...

Gürcüstan Əfqanıstana növbəti hərbi kontingentini yola salır

Siyasət Materials 7 Aprel 2010 11:08 (UTC +04:00)
Bu gün saat 14:00-da (Tbilisi vaxtı ilə) gürcü hərbi kontingentinin Əfqanıstana göndərilməsi ilə bağlı təntənəli mərasim keçiriləcək. Trend-ə Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkənin Silahlı Qüvvələrinin 31-ci batalyonundan 750 hərbçinin birinci hissəsi Əfqanıstana göndərilir.
Gürcüstan Əfqanıstana növbəti hərbi kontingentini yola salır

Gürcüstan, Tbilisi, 7 aprel /Trend, N.Kirsxaliya/

Bu gün saat 14:00-da (Tbilisi vaxtı ilə) gürcü hərbi kontingentinin Əfqanıstana göndərilməsi ilə bağlı təntənəli mərasim keçiriləcək. Trend-ə Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkənin Silahlı Qüvvələrinin 31-ci batalyonundan 750 hərbçinin birinci hissəsi Əfqanıstana göndərilir.

Mərasimdə müdafiə naziri Baço Axaliya, həmçinin, nazirliyin digər rəhbər işçiləri iştirak edəcəklər. Gürcü hərbçilərini Avropadakı ABŞ komandanlığının nümayəndə heyəti də yola salır.

Gürcü hərbçilər ABŞ-ın məsuliyyət zonasında xidmət keçəcəklər.

Ötən gün ABŞ Prezidenti Barak Obama Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə söhbətində Əfqanıstandakı missiyaya görə ona təşəkkürünü bildirib.

Artıq 170 gürcü hərbçi orada Fransa məsuliyyət zonasındadır.

Xəbər lenti

Xəbər lenti